Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sky Sports” telekanalı Formula 1 yarışlarının mövsümqabağı testlərini canlı yayımlayacaq

news photo

22.01.2019 14:26 // Formula 1

Böyük Britaniyanın “Sky Sports” telekanalı Formula 1 yarışlarının yeni mövsümünün ilk test sessiyasını canlı yayımlayacaq.

Youthportal.az “Motorsport Week” nəşrinə istinadla xəbər verir ki, telekanal fevralın 18-dən 21-dək Barselonadakı trasda keçiriləcək ilk sessiyanın hər dörd test gününün ikinci hissəsini nümayiş etdirəcək.

Bununla yanaşı, translyasiyalarda xüsusi qonaqların, komanda rəhbərlərinin, pilotların iştirakı da gözlənilir. Onlar baş verənlərə öz münasibətlərini tamaşaçılarla bölüşəcəklər. Bundan başqa, hər gün sessiya başa çatdıqdan sonra bir saatlıq icmallar efirdə gedəcək. Belə ki, “Sky Sports” Formula 1-ə dörd test günü üçün 20 saat efir vaxtı sərf edəcək.

İkinci testlərə aid planlar barədə məlumat verilmir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi