Ru
Bakı
USD
EUR
GBP
RUB

Skautlar Çanaqqala səfərinə başlayır (FOTO)

news photo

23.04.2018 14:53 // Gənclər üçün

Azərbaycan Skautlar Assosiasiyası Türkiyə İzçilik Federasiyası ilə birgə azərbaycanlı və türk skautların Çanaqqalaya səfəri başlanılır.

Təşkilatdan Youthportal- a bildirilib ki, Gelibolu və Çanaqqala döyüşlərinin 103-illiyinə həsr olunan səfərə Şəhidlər Xiyabanında təşkil olunan yürüşlə start verilir. Mərasimdə Dünya Skaut Komitəsiin üzvü İlyas İsmayıllı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqramının koordinatoru Adem Urfa, Azərbaycan Skautlar Assosiasıyasının sədri Emin Babayev və başqa qonaqlar iştirak edir.

Bildirək ki, Çanaqqala döyüşlərində türklərlə yanaşı azərbaycanlılar da vuruşub. Türklərlə çiyin-çiyinə Türkiyənin müdafiəsinə qatılan azərbaycanlı əsgərlərdən 3000 nəfər Çanaqqala döyüşlərində şəhid olub. 50 nəfərlik skaut qrupu bu gün başlanılacaq səfər ilə 1915- ci ildə Dardanella boğazının və İstanbulu müdafiə etmək məqsədilə Gelibolu və Çanaqqalaya gedən Türk və Azərbaycanlı əsgərlərin getdiyi yollarla gedərək döyüşlərdə şəhid olan əsgərləri yad edəcək.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi