Ru
Bakı
USD
EUR
GBP
RUB

Skautlar cəbhə bölgəsində xidmət edən əsgərlərlə görüşüblər

news photo

28.02.2018 12:53 // Siyasət

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Skautlar Assosiasiyasın təşəbbüsü ilə Azərbaycan və Türkiyə skautlarından ibarət qrup cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Youthportal- a verilən məlumata görə, 150 nəfərədək skautdan ibarət nümayəndə heyəti hərbi hissədə xidmət və məişət şəraiti ilə tanış olub, əsgərlərlə söhbət apararaq onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar.

Gənc skautların Azərbaycan əsgərinə ünvanladıqları məktublar da şəxsi heyətə çatdırılıb.

Hərbi hissəyə səfər çərçivəsində ərazidə ağaclar əkilib və qonaqlar əsgərlərlə birgə nahar ediblər.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi