Ru
Bakı
USD
EUR
GBP
RUB

“Siyəzən rayon məktəbliləri arasında İntellektual Çoxnövçülük”layihəsinin ikinci mərhələsi baş tutub

news photo

24.10.2016 14:45 // Cəmiyyət

“Siyəzən rayon məktəbliləri arasında İntellektual Çoxnövçülük” adlı layihənin ikinci mərhələsi baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubu və Siyəzən Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə keçirilən layihənin bu mərhələsi “Nə? Harada? Nə zaman?” turnirindən ibarət olub. Turnirdə Siyəzən rayon məktəblərinin 7-11-ci siniflərində təhsil alan şagirdlər iştirak ediblər.

15 komandanın tərkibində 90-a yaxın məktəblinin iştirak etdiyi turnirdə ilk 8 yeri tutmuş komandalar növbəti mərhələyə vəsiqə qazanıblar.

Layihənin rəhbəri Ayaz İlyasovun sözlərinə görə, turnirdə iştirak etmiş məktəblilər arasında rəqabət çox yüksək olub. Bu da növbəti mərhələnin daha maraqlı olacağını deməyə əsas verir.

Ümumilikdə isə layihənin 3 mərhələdə keçirilməsi nəzərdə tutulub. Layihəyə yekun oktyabrın 29-da vurulacaq. Həmin gün “Breyn Rinq” və “Erudit kvartet” yarışları baş tutacaq. Hər üç intellektual oyunda daha uğurlu nəticə göstərmiş komanda qalib elan olunacaq.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibidir.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi