Ru
Bakı
USD
EUR
GBP
RUB

“Silk Road” Filarmonik Orkestri Bakıda konsert verəcək

news photo

07.08.2019 11:34 // Cəmiyyət

Sentyabrın 24-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor, Əməkdar artist Əyyub Quliyevin bədii rəhbərliyi ilə Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri konsert proqramı ilə çıxış edəcək. 

Youthportal.az xəbər verir ki, Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertin solistləri Rusiyanın Xalq artisti, violonçel ifaçısı Sergey Rolduqin, pianoçu Miroslav Kultışev və beynəlxalq müsabiqələr laureatı, truba ifaçısı İsrafil Rəsulov olacaq. Konsertdə D.Şostakoviç, Y.Haydn, R.Ştraus və başqa bəstəkarların əsərləri səsləndiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi