Ru
Bakı
USD
EUR
GBP
RUB

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

news photo

30.12.2016 19:00 // Siyasət

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 30-da saat 11:00-dan başlayaraq, hərbi hissələrdə “Açıq qapı” günü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti, nümayiş etdirilən döyüş texnikaları və silahlarla yaxından tanış olur, eləcə də xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər.

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə təşkil olunan görüşdə onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq.

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi