Ru
Bakı
USD
EUR
GBP
RUB

“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq

news photo

20.09.2019 19:21 // Cəmiyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında P.Kullifordun “Şirinlər” pyesi əsasında eyniadlı tamaşa nümayiş ediləcək.

Teatrdan Youthportal.az-a bildirilib ki, oktyabrın 12-də göstəriləcək tamaşada xeyirxahlıq, insanların bəd əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hisslər aşılanır.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkovadır. Səhnə əsərinin musiqi tərtibatını İradə Muradova hazırlayıb, tamaşanın plastik həlli Ceyhun Dadaşovundur. Rolları Əməkdar artistlər Rasim Cəfər, Şəfəq Əliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Asya Atakişiyeva, Xəyalə Meydanova, Nuranə Hüseynova, Anar Seyfullayev və başqaları ifa edəcək.

Qeyd edək ki, “Şirinlər” belçikalı rəssam Pyer Kullifordun hazırladığı cizgi romanıdır və onun əsnasında çəkilmiş animasiyadır. 1958-ci ildə tamamlanmış cizgi romanı 1981-ci ildən animasiya filmi olaraq ekranlara çıxıb. Yayımlandığı andan etibarən geniş tamaşaçı auditoriyasının marağına səbəb olan bu cizgi serialı dünyanın bir çox ölkələrində müxtəlif dillərdə ekranlaşdırılıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi