Ru
Bakı
USD
EUR
GBP
RUB

"Şəxsən İnkişaf Et" proqramı çərçivəsində "İşgüzar Etiket" seminarı baş tutdu

news photo

24.04.2019 15:57 // Gənclər üçün

"Şəxsən İnkişaf Et" proqramı çərçivəsində "İşgüzar Etiket" seminarı baş tutdu.

Youthportal.az xəbər verir ki, 20 aprel 2019-ci il tarixində AYAFE Gənclər Təşkilatının təşkilatçılğı, Sabunçu Gənclər Evinin təşkilati və Edumap.az portalının media dəstəyi ilə gənclər üçün "İşgüzar etiket" seminarı keçirildi.

Seminarın əsas məqsədi gənclərə şəxsi və peşəkar fəaliyyətlərində işgüzar etiket qaydalarından düzgün istifadəni öyrətmək, onları işgüzar həyata hazır olmaları üçün əhəmiyyətli olan bilik və bacarıqlarla təmin etmək idi.

Seminarda spiker olaraq ASAN Xidmətin əməkdaşı, peşəkar təlimçi Nərmin Əhmədova çıxış etmişdir. 20 nəfərdən çox tələbənin iştirakı ilə baş tutan seminar həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmuşdur. Seminarın keçirilməsi nəticəsində iştirakçılar iş həyatında önəmli rola sahib olan etiket qaydaları, Netiket, işgüzar yazışmalar və s. mövzular üzrə bilik və bacarıqlara yiyələndilər.

Qeyd edək ki, seminar AYAFE Gənclər Təşkilatının #ŞəxsənİnkişafEt proqramı çərçivəsində həyata keçirilmişdir. Proqram AYAFE Gənclər Təşkilatı tərəfindən gənclərin şəxsi inkişafına dəstək olmaq məqsədilə həyata keçirilir; proqram çərçivəsində davamlı olaraq müxtəlif formatlarda (onlayn və oflayn) tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi