Ru
Bakı
USD
EUR
GBP
RUB

Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatı (FOTO/ VİDEO)

news photo

06.06.2018 12:11 // Gənclər üçün

“Azərbaycan Şən və Hazırcavablar” klubunun “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının yekun mərhələsi keçirilib.

Youthportal.az xəbər verir ki, Təhsil Nazirliyi, Azərbaycan Şən və Hazırcavablar Klubunun birgə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir.

Çempionatda Bakı şəhərinin 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb.

Finala 9 komanda vəsiqə qazana bilib. Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, Şən və Hazırcavablar Klubunun Rusiyanın Ali liqasında çıxış edən peşəkar oyunçularından, əməkdar incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışmanın nəticəsinə əsasən, “Yunior Liqa”nın 2017-2018-ci ilin mövsümünün çempionu adına “Ataların qızları” (“Papinı doçkı”) komandası layiq görülüb. İkinci yeri “6 nömrəli məktəbin yığması” komandası qazanıb. Üçüncü yerin qalibi isə Dağıstan Respublikasını təmsil edən “Dağların uşaqları” (“Deti qor”) komandası olub.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi