Ru
Bakı
USD
EUR
GBP
RUB

Şəki şəhərində keçirilən “Speak out” natiqlik məktəbinə start verilib (FOTO)

news photo

11.09.2019 12:30 // Gənclər üçün

Sentyabrın 10-da Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən Şəki şəhərində keçirilən “Speak out” natiqlik məktəbinin açılış mərasimi keçirilib.

DVC -nin İctimaiyyətlə Əlaqələr şöbəsindən Youthortal.az-a bildirilib ki, Natiqlik məktəbində Bakı şəhəri ilə yanaşı 10 regiondan (Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz, Ş. Aran, Mərkəzi Aran və Q. Aran, Yuxarı Qarabağ, Lənkəran,Gəncə-Qazax və Şəki-Zaqatala Regionları) gənclər iştirak edir.

“Speak out” natiqlik məktəbinin məqsədi gənclərin natiqlik bacarıqlarının artırılması, mövzuların araşdırılmasında kömək edilməsi, gənclərin araşdırma qabiliyyətinin inkişaf etdirilməsi, dünyagörüşünün genişləndirilməsi, komanda ruhunun və fəallıqlarının artırılmasıdır.

Gənclər “Natiqlik sənəti”, “Diksiya”, “Ünsiyyət bacarıqları” təlimlərində və “Nə?, Harada?, Nə zaman?”, “Breyn rinq” intellektual oyunlarının iştirak edəcəklər. Natiqlik məktəbinin iştirakçıları natiqlik, fərdi inkişaf təlimləri ilə yanaşı keçiriləcək debat oyunları vasitəsilə də praktiki biliklərə yiyələnəcəklər.

Qeyd edək ki, Şəki şəhərində keçirilən “Speak out” natiqlik məktəbi 10-14 sentyabr tarixlərində keçirilir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi