Ru
Bakı
USD
EUR
GBP
RUB

Şəki, Gəncə, Mingəçevir şəhərlərinin fəal tələbə-könüllüləri ilə görüşlər keçirilib (FOTO)

news photo

26.12.2018 11:00 // Gənclər üçün

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən region tələbə-könüllüləri ilə mütəmadi olaraq görüşlər keçirilir.

Təhsil Nazirliyindən Youthportal.az-a bildirilib ki, dekabrın 22-24-də “Bir” Tələbə-Könüllü proqramının nümayəndələrinin Şəki, Mingəçevir, Gəncə şəhərlərində tələbə-könüllülər ilə görüşlər keçirilib. Görüşlərdə Proqramın növbəti il üçün tədbirlər planı, fəaliyyət istiqamətləri müzakirə olunub və BİR könüllülər üçün yaradılan imkanlar, onların üstünlükləri haqqında məlumat verilib. Həmçinin yeni qoşulan tələbə-könüllülərin seçim mərhələsi baş tutub.

“Bir” Tələbə-Könüllü proqramı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Masallı, Lənkəran daxil olmaqla 7 bölgədə təmsil olunur. Hər bir bölgənin tələbə-könüllülərinin şəxsi inkişafı, dünyagörüşünün genişləndirilməsi, könülllülük fəaliyyətinə marağın artırılması məqsədilə Proqram tərəfindən mütəmadi olaraq təlimlər, seminarlar, görüşlər və s. tədbirlər həyata keçirilir.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-ə yaxın vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-ə yaxın çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi