Ru
Bakı
USD
EUR
GBP
RUB

Şəhər və rayonlarda “Nəsimi İli”nə həsr olunmuş çempionat keçiriləcək

news photo

25.04.2019 10:12 // Təhsil

Mayın 25-də Azərbaycanın bir sıra şəhər və rayonlarında “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun çempionatı keçiriləcək.

Təhsil Nazirliyindən Youthportal.az-a verilən məlumata görə, çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.

Çempionat Bakı, Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Sumqayıt, Quba, Zaqatala, Göyçay şəhərlərində baş tutacaq.

Məktəb çempionatı ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçiriləcək.

Hər zona üzrə qalib çıxmış komanda Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi