Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ADU-nu ziyarət edib (FOTO)
08.08.2019 11:15 // Təhsil
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Beynəlxalq Hüquq Təlimi və Əməkdaşlıq Mərkəzinin direktor müavini, professor Chen Xiaonun başçılıq etdiyi Şanxay Siyasi və Hüquq Universitetinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda olublar.
ADU-dan Youthportal.az-a bildiirlib ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin “İpək Yolunun iqtisadi qurşağı” və “XXI əsrin dəniz İpək Yolu” layihələrini birləşdirən “Bir kəmər - bir yol” konsepsiyasının ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib. R.Abbasov həmçinin vurğulayıb ki, ŞƏT-də “dialoq tərəfdaşı” statusuna sahib olan Azərbaycanın sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə zəngin təcrübəsi əməkdaşlığın genişləndirilməsi baxımından ŞƏT üçün önəmlidir. R.Abbasov Çin və Azərbaycanın hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da uğurlu inkişafından söz açıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda ədliyyə və məhkəmə sisteminin inkişafı sahəsində aparılan genişmiqyaslı islahatlar, o cümlədən yeni innovativ xidmətlər və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi Çinin böyük marağına səbəb olur.
R.Abbasov bildirib ki, 1999-cu ildə ümummilli lider Heydər Əliyev Çin Xalq Prokurorluğunun nümayəndə heyəti ilə görüşü zamanı beynəlxalq terrorizm və narkobizneslə mübarizədə Azərbaycan-Çin əməkdaşlığının vacibliyini vurğulayıb. R.Abbasov onu da əlavə edib ki, beynəlxalq hüquq sahəsində yeni nəsil ixtisaslı hüquqşünas kadrların yetişdirilməsində Azərbaycan-Çin əməkdaşlığı mühüm əhəmiyyətə malikdir.
Görüşdən məmnunluğunu ifadə edən professor Chen Xiao Konfutsi İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib. Chen Xiao Çin dilinin tədrisi və Azərbaycan ictimaiyyətini Çinin inkişafının siyasi və hüquqi aspektləri ilə yaxından tanıması sahəsində ADU-nun iki xalq arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığının möhkəmlənməsinə böyük töhfə verdiyini vurğulayıb.
Daha sonra siyasi elmlər sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Sonda Çindən gələn qonaqlara ADU Konfutsi İnstitutunun Çin dilində çap etdiyi Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı, habelə Prezident Si Tszinpinin müasir dövlət idarəçiliyi konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına dair ictimai çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusu hədiyyə edilib.
Digər xəbərlər
“Culture Guide” mədəniyyət bələdçisinin dekabr nömrəsi çapdan çıxıb
05.12.2019 18:23 // Cəmiyyət
Tokio-2020: İki növ üzrə yarışın başlama vaxtı isti hava şəraitinə görə dəyişdirilib
05.12.2019 18:04 // İdman
“Sosial elmlər” jurnalının ilk buraxılışı nəşr olunub
05.12.2019 17:45 // Təhsil
Rusiyalı bəstəkar Bakıda neoklassik musiqi layihəsini təqdim edəcək
05.12.2019 17:24 // Cəmiyyət
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
05.12.2019 17:01 // İdman
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının proqramı açıqlanıb
05.12.2019 16:30 // İdman
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
05.12.2019 16:12 // Təhsil
“Turizm Könüllüləri” Təşkilatı ictimaiyyətə təqdim edilib
05.12.2019 15:57 // Gənclər üçün
Musiqili Teatr “Ər və arvad” tamaşasını yenidən repertuara salıb
05.12.2019 15:10 // Cəmiyyət
Bakı Slavyan Universitetində dəyirmi masa: Abdulla Şaiq bizim mənəvi irsimizdir
05.12.2019 14:56 // Təhsil
Gömrük Akademiyasının tələbəsi: “Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”
05.12.2019 14:37 // Təhsil
Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlanıb
05.12.2019 14:21 // Gənclər üçün
Sabahın hava proqnozu açıqlanıb
05.12.2019 14:02 // Cəmiyyət
Azərbaycan millisi Ermənistan yığması ilə eyni püşkatma səbətinə düşüb
05.12.2019 13:44 // İdman
Universitetlər magistraturaya qəbulun birmərhələli olmasına razıdırlar - Məleykə Abbaszadə
05.12.2019 13:29 // Təhsil
“İlahiyyatçı” qəzetinin növbəti buraxılışında...
05.12.2019 13:13 // Təhsil
Musiqili Teatrda “Nəsimi” kompozisiyasının təqdimatı keçiriləcək
05.12.2019 12:58 // Cəmiyyət
“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər yekunlaşıb (FOTO)
05.12.2019 12:26 // Təhsil
Azərbaycan Gimnastika Federasiyası bu il də çox maraqlı və gözoxşayan Yeni il şousu vəd edir
05.12.2019 12:10 // İdman
Tələbələrin “səyyar kinoteatr”ı beynəlxalq sərgidə (FOTO)
05.12.2019 11:55 // Təhsil
5 dekabr – Beynəlxalq Könüllülər Günüdür (FOTO)
05.12.2019 11:37 // Gənclər üçün
ADU-da “Bir günlük xəlifə”lər seçilib (FOTO)
05.12.2019 11:24 // Təhsil
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub
05.12.2019 11:09 // Qarabağ
Azərbaycanın U-19 komandası Fransa, Yunanıstan və Moldova yığmaları ilə qarşılaşacaq
05.12.2019 10:50 // İdman
“UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq
05.12.2019 10:32 // Təhsil
“Avro 2020”nin biletləri satışa çıxarılıb
05.12.2019 10:18 // İdman
İlahiyyat İnstitutunun tələbələrinə “Vikipediya”da yaratdıqları məqalələrə görə təşəkkürnamə və sertifikatlar verilib
05.12.2019 10:01 // Təhsil
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd olunacaq
05.12.2019 09:43 // Təhsil
"Google" şirkətinin yaradıcıları vəzifələrindən gedəcəklər
04.12.2019 20:04 // High-tech
Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək
04.12.2019 19:43 // Cəmiyyət