Ru
Bakı
USD
EUR
GBP
RUB

Şamaxı Astrofizika Rəsədxanasında “Innocamp” - innovasiya yay düşərgəsi keçirilib

news photo

03.09.2019 11:47 // Gənclər üçün

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “İdeyadan biznesə” devizi altında innovasiya yay düşərgəsi keçirilib. Düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində təşkil olunmuş startap turlarının finalçıları iştirak ediblər.

Şamaxı Astrofizika Rəsədxanasından Youthportal.az-a bildirilib ki, 18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçirilib. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat verilib. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bu təşəbbüsün əhəmiyyətindən danışıb və gənclərə bu yolda uğurlar arzulayıb.

Gənclərin innovativ texnologiyaların tətbiqi ilə ideyalarını biznesə çevirmələrinə dəstək olmaq məqsədilə iştirakçılara “Biznes bacarıqları”, “Kommunikasiya bacarıqları” və bir çox başqa mövzularda seminarlar təşkil edilib.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti və “TC Holdings”in təsisçisi, akselerasiya və ekosistem mütəxəssisi Tal Catron innovasiya ekosistemi barədə fikirlərini iştirakçılarla bölüşüblər.

Qeyd edək ki, “Innocamp” innovasiya yay düşərgəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilib.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi