Ru
Bakı
USD
EUR
GBP
RUB

Şairə Nurəngiz Günün anadan olmasının 80 illiyi qeyd ediləcək

news photo

18.12.2018 18:00 // Cəmiyyət

Dekabrın 19-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Musiqili Teatrda şairə Nurəngiz Günün anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Mədəniyyət Nazirliyindən Youthportal.az-a bildirilib ki, tanınmış ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə Nurəngiz Günün həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına töhfələrindən danışılacaq. Həmçinin, sevilən müğənnilərin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səsləndiriləcək.

Qeyd edək ki, ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Günün şeirlərində qəm və kədər notları üstünlük təşkil edib. Şeirlərindəki həmin motivlər, təbii ki, xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlanırdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açmışdı. Onun “Xocalı simfoniyası” bu mövzuda yazılmış ən təsirli əsərlərdən biridir.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi