Ru
Bakı
USD
EUR
GBP
RUB

Şahmat üzrə Avropa birinciliyində Azərbaycanın iki təmsilçisi liderliyə yüksəlib

news photo

08.08.2019 13:13 // İdman

Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmə şahmatçılar arasında Avropa birinciliyində altıncı tura yekun vurulub.

Youthportal.az xəbər verir ki, çempionatda müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparan şahmatçılarımızdan Dinarə Hüseynova (6 xal) və Ayan Allahverdiyeva (5,5 xal) liderliyə yüksəliblər. Səadət Bəşirli, Cahandar Azadəliyev,Yusif Kərimli isə 5 xalla liderlər qrupunda mübarizəni davam etdirirlər.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi