Ru
Bakı
USD
EUR
GBP
RUB

“Şahin”lər növbəti dəfə də mübarizədən qalib ayrıldılar (FOTO)

news photo

09.05.2018 18:49 // Gənclər üçün

2017-2018-ci tədris ilində respublika üzrə məktəblilər arasında keçirilən “Şahin” hərbi-idman oyununa yekun vuruldu. Cari ilin mart ayından başlayaraq, məktəbdaxili-seçmə, rayon (şəhər) və zona birinciliklərində qaləbə qazanan komandalar oyunun final mərhələsində də mübarizəni davam etdirmək üçün Bakı şəhərində toplandılar. 

Youthportal xəbər verir ki, mayın 9-da iştirakçı komandalar Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Novxanı qəsəbəsində yerləşən Akva Park İstirahət Mərkəzində yerləşdirildi və asudə vaxtın təşkili məqsədi ilə onlar üçün mədəni-kütləvi tədbirlər təşkil edildi. 2018-ci il may ayının 10-da isə zona birinciliklərində yüksək yerləri tutmuş 18 komandanın iştirakı ilə “Şahin” hərbi idman oyununun respublika final yarışı keçirildi. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin klubunda təşkil edilən yarışın açılış mərasimi Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra Ümummilli liderin anadan olmasının 95 illiyi münasibəti ilə ulu öndərin ordu quruculuğu sahəsində fəaliyyətini əks etdirən film nümayiş etdirildi. Daha sonra çıxış edənlər – Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, oyunun komandanı polkovnik Qadir Vəlişov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Təhsil Nazirinin müavini Firudin Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov və Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxış edərək gənc “Şahin”lərə tövsiyyələrini verdilər və onlara yarışda qələbə arzuladılar. Açılışda digər qonaqlarla yanaşı, Aprel döyüşçüləri də iştirak edirdi. TTM-in Sıra Meydanında isə komandalar Müdafiə Nazirliyinin Xüsusi Təyinatlılarının nümunəvi çıxışlarına tamaşa etdilər və yarışlara “Sıra Hazırlığı” mərhələsi ilə start verildi. Oyunun Əsasnaməsinə uyğun olaraq yarış 8 mərhələ üzrə keçirildi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitlərindən ibarət yaradılmış Hakimlər Heyəti tərəfindən komandaların nəticələri qiymətləndirildi. Gərgin və maraqlı keçən final yarışında Sumqayıt şəhər komandası I yerə, Yasamal rayon komandası II yerə, Quba rayon komandası isə III yerə layiq görüldü. Yarışda ayrı-ayrı mərhələlər üzrə fərqlənən komandalar və komanda üzvləri Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırıldı.  

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıya yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi