Ru
Bakı
USD
EUR
GBP
RUB

Şagirdlərə peşə liseyinə qəbul qaydaları haqqında məlumat verilib

news photo

22.04.2019 13:56 // Təhsil

Gəncə Peşə Liseyi tərəfindən peşəyönümü işinin təbliği və təşkili uğurla davam etdirilir.

Liseydən Youthportal.az-a bildirilib ki, nümayəndə heyəti Gəncə şəhər 32 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə baza müəssisələrinə ekskursiya təşkil edib. Məktəblilərə mərkəzin maddi-texniki bazası, tədris edilən ixtisaslar, qəbul qaydaları haqqında ətraflı məlumat verilib. Ekskursiya zamanı şagirdlər Gəncə Lokomotiv Deposu və Gəncə Aviasiya Zavodunun fəaliyyəti ilə yaxından tanış olublar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından qaynaqlanırdı. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi