Ru
Bakı
USD
EUR
GBP
RUB

Şagirdlər və tələbələr arasında hesablama düşüncəsini inkişaf etdirmək üçün layihə həyata keçirilib (FOTO)

news photo

02.12.2019 13:03 // Gənclər üçün

Sumqayıtdakı Gənclər Evində “Tələbər arasında “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirək” layihəsi keçirilib.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən Youthportal.az-a bildirilib ki, layihə “Sumqayıt Tələbələri” İctimai Birliyinin təşkilatçılığı il reallaşıb. Təlimlərdə Sumqayıt şəhərində yerləşən ali, orta ixtisas, peşə təhsil müəssisələrinin tələbələri və ümumtəhsil müəssislərinin şagirdləri iştirak edib.

Ekspert-təlimçi Ramil Süleymanov idarə etdiyi təlimlərdə robot texnologiyalarının tətbiqi, “Polyup” ilə hesablama təfəkkürünün inkişaf etdirilməsi metodları barədə interaktiv müzakirələr və qrup işləri həyata keçirilib.

Layihənin məqsədi şagirdlər və tələbələr arasında hesablama düşüncəsini inkişaf etdirmək, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş oyun tipli təhsil platformasında şagirdlərə öz bilik və bacarıqlarını kəşf etməyə imkan yaratmaqdır.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi