Ru
Bakı
USD
EUR
GBP
RUB

Şagirdlər Azərbaycan Dillər Universitetinin qonağı olublar (FOTO)

news photo

15.05.2019 11:47 // Təhsil

Nizami rayonu Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı orta məktəbin  şagirdləri və müəllimləri Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar.

Universitetdən Youthportal.az-a bildirilib ki, ADU-nun rektoru, akademik Kamal Abdulla universitetin tədris prosesi, beynəlxalq  əlaqələri haqqında onlara geniş məlumat verib. Ali təhsil ocağında həyata keçirilən  layihələrdən söz açan universitet rəhbəri “Bir günlük xəlifə” layihəsi barədə də danışıb:  “Bir vəzifə uğrunda 25-30 nəfər bir-birilə mübarizə aparır, debatlara çıxırlar. Seçilən  xəlifələr 1 gün ərzində tam ciddiyyətlə universiteti idarə edir, əmrlər verirlər. Vəzifələri  tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet  növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir”.

Akademik Kamal Abdulla aprelin 19-da ADU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı  ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş  “Heydər Əliyev və müasir Azərbaycan təhsili” mövzusunda Respublika tələbə-şagird  elmi konfransından da söz açıb. Müxtəlif köçkün məktəbi şagirdlərinin həmin konfransda  aktiv iştirakına toxunan rektor onların “Heydər Əliyev və Azərbaycanın gələcəyi”,  “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Multikulturalizm ənənələri” mövzusunda  müxtəlif elmi işlər yazdıqlarını diqqətə çatdırıb.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Qasımova çalışdığı məktəbin 2  dəfə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilin məktəbi adına layiq  görüldüyünü bildirib. O, eyni zamanda məktəb şagirdlərinin uğurlarından da söz açıb.

Şagirdlər daha sonra universitetlə yaxından tanış olublar.

Qeyd edək ki, ADU-nun Təhsil və Filologiya və jurnalistika fakültəsinin 19 tələbəsi Milli  Qəhrəmanı Ərəstun Mahmudovun adını daşıyan 220 saylı orta məktəbdə pedaqoji  təcrübədədirlər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Adagio” yenidən göstəriləcək

Bakalavrların nəzərinə!

Atəşkəs 21 dəfə pozulub

"Avroviziya-2019"un qalibi məlum oldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi