Ru
Bakı
USD
EUR
GBP
RUB

“Səyyar Gənclər Evi” Şəkinin Qaratorpaq kəndində (FOTO)

news photo

11.12.2019 11:45 // Gənclər üçün

İlk dəfə 2018-ci ildən start götürən “Səyyar Gənclər Evi” təlim proqramının növbəti dayanacağı Şəkinin Qaratorpaq kəndi olub.

Gənclər Evi olmayan regionlarda yeniyetmə və gənclərin müəssisənin fəaliyyəti ilə tanış olmaları, onların müəssisənin xidmətlərinə əlçatanlığını təmin etmək və gələcək inkişafına təkan vermək məqsədilə Mingəçevir Gənclər Evi və “İşıqlı Gələcək” GİB tərəfindən həyata keçirilən səyyar təlim proqramı çərçivəsində əməkdaş və könüllülər bu dəfə “Azərbaycan Könüllülük Həftəsi”-ndə Qaratorpaq kənd tam orta məktəbinin şagirdləri ilə görüşüb.

İctimai Birlikdən Youthportal.az-a bildirilib ki,  təlim zamanı layihənin məqsəd və vəzifələri ilə bağlı məlumat verən proqramın koordinatoru Rəşad Qurbanov könüllülük həftəsinə təsadüf edən təlimlərin məhz müəssisə və təşkilatın fəal könüllüləri tərəfindən keçiriləcəyini qeyd edib. Müxtəlif istiqamətli təlimlər zamanı şagirdlərə könüllülər tərəfindən auditoriya qarşısında sərbəst çıxış etmək, araşdırma, natiqlik bacarıqlarının inkişafı məqsədilə debat təlimi keçirilib. Şagirdlərin gələcəkdə düzgün peşə və karyera seçiminə dəstək olmaq üçün şagirdlər arasında peşə seçimi ilə bağlı məlumatlandırma aparılıb.

Vətənpərvərlik Klubunun işi ilə bağlı ətraflı məlumat verən klubun fəal könüllüsü şagirdlərin vətənpərvər ruhda böyüməsi, onlar arasında vətənpərvərlik hisslərinin artırılması istiqamətində mütəmadi işlərin görüldüyünü bildirib. Orta məktəb şagirdləri arasında intellektual oyunlara marağın artırılması məqsədilə intellektual oyun keçirilib, könüllü fəaliyyətin mahiyyəti ilə bağlı məlumat verilib.

Sonda təlimlər zamanı aktivliyi ilə seçilən şagirdlərə sertifikatlar təqdim edilib. Mingəçevir Gənclər Evinin əməkdaş və könüllüləri ilə şagirdlər arasında voleybol yarışı keçirilib.

 

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi