Ru
Bakı
USD
EUR
GBP
RUB

"Serve" adlı robot-kuryer təqdim edilib

news photo

18.12.2018 16:40 // High-tech

ABŞ-ın "Postmates" loqistika operatoru çəkisi 22 kq-dək olan bağlamaları 48 km-dək daşıya biləcək "Serve" adlı robot-kuryerini təqdim edib. Bu haqda şirkətin bloqunda məlumat verilib.

Youthportal.az Ictnews-a istinadən bildirir ki, robot-kuryer lidar və kompüter görmə texnologiyalarının köməyi ilə istiqaməti təyin edəcək. Müştərilər robotun korpusundakı interaktiv ekranlardan istifadə edərək bağlamanı götürə biləcəklər. 

Bu halda robotlar kuryerləri əvəz etməyəcək: insanlar onların köməyilə çoxlu mal daşıya biləcək, bundan başqa, gələcəkdə bu kuryerlər çatdırılma üçün yük maşınlarını tamamilə əvəz edəcək.Robot-kuryerin işini operator uzaq məsafədən izləyəcək. İnsanın sözügedən qurğu ilə problemi yarandıqda, o, xüsusi düyməyə sıxmaqla operatorla videokonfrans rejimində danışa bilər."Serve" robot kuryerinin istismara verilmə vaxtı hələ ki məlum deyil.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi