Ru
Bakı
USD
EUR
GBP
RUB

Sergey Lavrov Qasım Süleymaninin öldürülməsini pisləyib

news photo

03.01.2020 21:56 // Dünyada

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığında vurğulayıb ki, iranlı general Qasım Süleymaninin öldürülməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Youthportal.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

"Bağdad aeroportuna zərbənin gedişatında Qasım Suleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsi ilə əlaqədar vəziyyət müzakirə edilib”, - deyə Rusiyanın xarici siyasət idarəsində qeyd ediblər.

Lavrov vurğulayıb ki, BMT-yə üzv dövlətin rəsmi nümayəndələrinin üçüncü suveren dövlətin ərazisində BMT-nin üzvü olan digər dövlət tərəfindən öldürülməsi ilə bağlı məqsədyönlü aksiya beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozur və qınanılmağa layiqdir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi