Ru
Bakı
USD
EUR
GBP
RUB

Sərbəst güləşçilərimiz Mahaçqalada təlim-məşq toplanışı keçəcək

news photo

09.10.2019 20:12 // İdman

Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasındadünya çempionatıkeçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Youthportal.az-a verilən məlumata görə, mundiala daha yaxşı hazırlaşmaq məqsədilə sərbəst güləş üzrə müvafiq komandamız bu gün Dağıstana yola düşüb. Məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında oktyabrın 23-dək Mahaçqalada yerli komanda ilə birgə davam edəcək təlim-məşq toplanışında 13 güləşçi yer alacaq. Hazırlıq prosesinin ilk günlərindən məşqlərdə İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov, Sabir Cəfərov (hər ikisi 65 kq), Əşrəf Aşurov, Davud İbrahimov, Cəbrayıl Hacıyev (hamısı 70 kq), Murad Süleymanov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) iştirak edəcək. Həftəsonu Yakutskda keçiriləcək Dmitri Korkin Memorialında çıxış edəcək Hacımurad Hacıyev (74 kq) və Abubakr Abakarov (79 kq) isə turnir başa çatdıqdan sonra təlim-məşq toplanışına qoşulacaq.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi