Ru
Bakı
USD
EUR
GBP
RUB

Sərbəst güləş yığmamız Avropa üçüncüsü oldu

news photo

11.04.2019 09:40 // İdman

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.

Youthportal.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub.

Millimizə xalları 8 güləşçi qazandırıb. Komandamızın hesabına çempionlar - Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar - Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev hərəyə 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.

Digər xəbərlər

Xəbər lenti

Küləkli hava şəraiti davam edəcək

Atəşkəs rejimi 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi