Ru
Bakı
USD
EUR
GBP
RUB

Sərbəst güləş üzrə kişilərdən ibarət yığmamız Türkiyədə komanda hesabında birinci yeri tutub

news photo

12.01.2020 18:31 // İdman

İstanbulda keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə yekun vurulub.

Youthportal.az  AZƏRTAC-a istinadla xəbər verir ki, ümumilikdə 4 qızıl, 1 gümüş və 6 bürünc medal əldə edən kişilərdən ibarət millimiz komanda hesabında 180 xalla 1-ci yeri tutub.

Sərbəst güləşçilərimizdən Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq), Camaləddin Məhəmmədov (125 kq) qızıl, İntiqam Vəlizadə (61 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Şamil Zubairov (92 kq) isə bürünc medala sahib olub.

Yarışlarda Türkiyə komandası 2-ci, Gürcüstan yığması isə 3-cü olub.

Sonuncu yarış günündə qadın güləşçilərimizdən Tatyana Omelçenko (62 kq) gümüş, onunla eyni çəkidə çıxış edən Elmira Qəmbərova isə bürünc medal qazanıb. Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan qadınlardan ibarət yığmamız 99 xalla komanda hesabında 2-ci yeri tutub. Türkiyə 1-ci, Bolqarıstan isə 3-cü olub.

Qeyd edək ki, memorialda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi