Ru
Bakı
USD
EUR
GBP
RUB

Sentyabrın 27-də birinci “CEO Lunch Aktau” keçiriləcək

news photo

02.09.2019 16:33 // Cəmiyyət

“Sevinc hissi ilə diqqətinizə çatdırırıq ki, kiçik fasilədən sonra Qazaxıstanda fəaliyyətimizi yenidən bərpa etdik və bu məqsədlə “Caspian European Club”, “Caspian Energy Investment Group” və “Caspian Energy International Media Group”un eksklüziv tərəfdaşı olan “Caspian Energy Kazakhstan” şirkətini qeydiyyatdan keçirdik. “Caspian Energy Kazakhsatan” şirkəti informasiya-konsaltinq xidməti göstərmək və müxtəlif növ biznes-forum, dəyirmi masa, treninq, seminar və “CEO Lunch” təşkil etmək ilə məşğul olacaq”.

Youthportal.az xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“İlk tədbir “CEO Lunch” formatında keçəcək və 2019-cu il sentyabrın 27-də Aktau şəhərində baş tutacaq. “CEO Lunch”da Mangistausk vilayətinin və ümumilikdə Aktaunun investisiya cazibədarlığı barədə geniş məlumat təqdim olunacaq”, - deyə Telman Əliyev bildirib.

“CEO Lunch Aktau” – netvorkinq üçün unikal platformadır. Tədbir çərçivəsində yaradıcı ziyalılar, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.

Hər ay Qazaxıstanın müxtəlif şəhər və regionlarında təşkil olunacaq “CEO Lunch” Qazaxıstan və Azərbaycanın dövlət və özəl sektorları arasında dialoq üçün əsas vasitələrdən birinə çevrilməklə yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr qurmaq üçün də əlavə imkanlar yaradacaq.

CEO Lunch Aktau-da qeydiyyatdan keçmək üçün “www.caspianenergy.org” saytına daxil olun.

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi