Ru
Bakı
USD
EUR
GBP
RUB

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin konsepsiyası təqdim edilib

news photo

16.04.2019 12:00 // Təhsil

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (BDPTM) direktoru Rəşad Xanlarov “Saipem Contracting Netherlands” şirkətinin Azərbaycan filialının 2010-2020-ci illər üzrə milliləşdirmə planının həyata keçirilməsinə həsr olunmuş tədbirdə yeni qurulan peşə mərkəzinin konsepsiyasını təqdim edib.

Peşə Təhsil Mərkəzindən Youthportal.az-a bildirilib ki, tədbirdə R.Xanlarov ən yüksək beynəlxalq standartlara uyğun olaraq qurulan müasir mərkəzin 2019-cu ilin sentyabr ayında fəaliyyətə başlayacağını qeyd edib. O bildirib ki, ildə 480 tələbəni qəbul etmək imkanı olan mərkəzdə mexanika və elektronika mühəndisliyi, avtomatlaşdırma, İKT və sənaye quraşdırma sahələri üzrə peşə təhsili və sertifikatlaşdırma kursları təşkil olunacaq. Koreya Respublikası ilə hökumətlərarası razılaşmaya əsasən, mərkəzdə tədris aparacaq mütəxəssislər həmin ölkədə uzunmüddətli təlimlər keçiblər.

Təqdimat zamanı “Saipem Contracting Netherlands” şirkətinin Azərbaycan filialı neft və qaz sahəsində həyata keçirdiyi layihələr çərçivəsində yerli texniki resursların inkişaf etdirilməsi məqsədilə Sənaye və İnnovasiyalar üzrə BDPTM ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi