Ru
Bakı
USD
EUR
GBP
RUB

“Səmərəli və effektiv rəqəmsal kitabxanalar” mövzusunda müzakirələr aparılıb

news photo

22.05.2019 15:09 // Təhsil

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK), Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AzKİK), “İnformascope” və MUROMA şirkətləri “Səmərəli və effektiv rəqəmsal kitabxanalar” mövzusunda birgə tədbir keçirib.

MEK-dən Youthportal.az-a bildirilib ki, tədbirdə çıxış edən direktor Leyla İmanova XXI əsrdə informasiya artımının sürəti və həcmi, kitabxanaların üzərinə düşən elmi informasiyanın emalı və inteqrasiyası, server həcmi, kibertəhlükəsizlik, inteqrasiya şərtləri və digər problemlərdən danışıb.

AzKİK-in direktoru və MEK-in innovativ layihələr şöbəsinin müdiri Cəmilə Yusifova isə konsorsiumun fəaliyyəti, gələcək perspektivləri barədə məlumat verib.

Türkiyənin “İnformascope” şirkətinin direktoru Kıvanc Çinar “Rəqəmsal yayım və kitabxana texnologiyaları” mövzusunda təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

MUROMA şirkətinin nümayəndəsi İltifat İbrahimov xidmət göstərdikləri sahələr barədə ətraflı məlumat verib.

Akademik qurumların kitabxana nümayəndələrinin iştirak etdiyi tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi