Ru
Bakı
USD
EUR
GBP
RUB

Səhiyyə Nazirliyi: Zəlzələdən həyəcanlanan 1 nəfərin dili tutulub, 1 nəfərin isə beyninə qan sızıb

news photo

06.02.2019 09:39 // Cəmiyyət

Şamaxı Mərkəzi Rayon Xəstəxanası zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb.

Səhiyyə Nazirliyindən Youthportal.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar 6 təcili tibbi yardım briqadası işləyib: "Təcili yardıma 30 müraciət edilib, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmatologiya şöbəsində lazımi yardım göstərilib".

Məlumatda qeyd edilir ki, digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub: "Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər gəncin həyəcandan dili tutulub. O da yardım göstərildikdən sonra normallaşıb və evinə buraxılıb. Daha bir nəfərin isə həyəcandan beyninə qan sızıb. Həmin şəxsin 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir".

Digər xəbərlər

Xəbər lenti

Zoologiya İnstitutu vakansiya elan edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi