Ru
Bakı
USD
EUR
GBP
RUB

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb

news photo

03.04.2017 17:25 // Təhsil

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, səfiri yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov Türkiyə universitetləri ilə əlaqələrdən, “ikili doplom” məsələsindən və bu günlərdə qardaş ölkənin 3 ali təhsil ocağı ilə imzalanan müqavilələrdən bəhs edib.

E.Özoral, öz növbəsində, universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.

Daha sonra səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb. Tələbələrin arzu və istəklərini dinləyən səfir, eyni zamanda problemləri ilə maraqlanıb, təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, peşəkar mütəxəssis kimi özlərini inkişaf etdirməyi tövsiyə edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi