Ru
Bakı
USD
EUR
GBP
RUB

Sədərək rayonunda Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olunub

news photo

29.05.2018 13:41 // Cəmiyyət

Muxtar respublikada, o cümlədən Sədərək rayonunda uşaqların hüquqlarının müdafiəsinə dövlət qayğısı göstərilir, onların sağlam böyüməsi və hərtərəfli inkişafı üçün lazımi tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Youthportal.az-a verilən məlumata görə, bu fikirlər 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə komitənin Sədərək Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi tədbirdə səsləndirilib.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, bu gün rayonda yaşayan və təhsil alan uşaqların istedad və bacarıqlarını üzə çıxarmaq, onlara milli dəyərlərimizi, adət-ənənələrimizi, zəngin dövlətçilik tariximizi aşılamaq istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında vurğulayıb ki, muxtar respublikada istifadəyə verilən müasir təhsil ocaqları tədrisin keyfiyyətinin yüksəldilməsinə, uşaqların yüksək səviyyədə təhsil almasına şərait yaradır. Humanizm və xeyirxahlıq prinsiplərinin dövlət uşaq siyasətində mühüm yer tutduğu muxtar respublikada həm dövlət uşaq müəssisələrində, həm də ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara, həmçinin aztəminatlı ailələrin uşaqlarına məktəbli geyim dəstləri və dərs ləvazimatları verilir. Onların tarixi-memarlıq abidələrinə və muzeylərə ekskursiyaları, Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil olunur. Eyni zamanda muxtar respublikada uşaqların zövqünə uyğun, asanlıqla qavraya biləcəkləri uşaq ədəbiyyatının nəşri də prioritetlər sırasındadır.

Komitə sədri muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib, uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik edib.

Sonra təşkilatçılar tərəfindən 2017-2018-ci tədris ilində Sədərək rayonu üzrə təhsil, incəsənət, idman sahələrində fərqlənən şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi