Ru
Bakı
USD
EUR
GBP
RUB

"Seçkilərə ilk namizədlər və seçicilər” layihəsi çərçivəsinə maarifləndirmə tədbirlərinə Biləsuvar rayonundan start verilib (FOTO)

news photo

04.12.2019 10:42 // Gənclər üçün

03 dekabr 2019-cu il tarixdə Biləsuvar Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin "Seçkilərə ilk namizədlər və seçicilər" layihəsi çərçivəsində ilk maarifləndirmə tədbiri keçirilmişdir. 

İctimai Birlikdən Youthportal.az-a bildirilib ki, tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, 66 saylı Biləsuvar Seçki dairəsinin əməkdaşı, Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə, "Dünyaya Pəncərə" Biləsuvar Gəncləri İctimai Birliyinin sədri Bayram Məmmədli və "Biləsuvar Yeniyetmə və Gəncləri" İctimai Birliyinin sədri və layihə rəhbəri Sahil Hüseynzadə iştirak etdi. İlk öncə Sahil Hüseynzadə çıxış edərək təşkilatın fəaliyyəti və layihə barədə ətraflı məlumat verdi. Belə ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Seçkilərə ilk namizədlər və seçicilər" layihəsi Salyan, Biləsuvar və Cəlilabad rayonlarında ilk dəfə səs verən gənc seçicilərin maarifləndirilməsi məqsədilə 3 ay ərzində qeyd edilən regionlarda icra olunacaqdır. Daha sonra çıxış edən qonaqlar layihənin seçkilər ərəfəsində keçirilməsinin əhəmiyyətini vurğulayaraq təşkilatın fəaliyətinə uğurlar arzuladılar. Çıxışlardan sonra layihə təlimçisi Sənan Mənsimli və 66 saylı Dairə Seçki Komissiyasının nümayəndəsinin iştirakı ilə təlimlərə start verildi. Demoktatik dövlətlərdə seçki qanunvericiliyi, yerli özünüidaretmə orqanları və seçkilər, hüquq anlayışı-seçicilərin hüquq və vəzifələri mövzularında məlumatlandırma və müzakirələr keçirildi. Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı. Tədbirin növbəti günü təlimlərdə iştirak etmiş gənclərin seçki məntəqəsində simulyativ səsvermə prosesi ilə praktiki tanışlığından ibarət olacaqdır.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi