Ru
Bakı
USD
EUR
GBP
RUB

"Seçkilərə ilk namizədlər və seçicilər” layihəsi çərçivəsində növəti maarifləndirmə tədbiri keçirilmişdir (FOTO)

news photo

09.12.2019 14:20 // Gənclər üçün

Biləsuvar Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin "Seçkilərə ilk namizədlər və seçicilər" layihəsi çərçivəsində ikinci maarifləndirmə tədbiri keçirilmişdir.

İcitmai Birlikdən Youthportal.az-a bildirilib ki, tədbirdə "Biləsuvar Yeniyetmə və Gəncləri" İctimai Birliyinin sədri və layihə rəhbəri Sahil Hüseynzadə, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, 66 saylı Biləsuvar Seçki dairəsinin əməkdaşı, "Dünyaya Pəncərə" Biləsuvar Gəncləri İctimai Birliyinin icraçı direktoru Bayram Məmmədli iştirak edib. İlk öncə Sahil Hüseynzadə çıxış edərək təşkilatın fəaliyyəti və layihə barədə ətraflı məlumat verib. Layihənin ikinci tədbiri ilk dəfə səs verəcək gənclərin seçki prosesi, seçki hüququ barədə ətraflı məlumatlandırılması və seçki hərəkətlərini praktiki mənimsəmələri üçün simulyativ səsvermənin keçirilməsi ilə bağlı olub. Belə ki, gənclər tədbir zamanı ilkin olaraq seçki prosesi barədə müzakirələrə qoşulub, seçki məntəqəsi ilə tanışlıq və seçki günü ilə bağlı videorolik izlənilib. Daha sonra simulyativ səsvermə üçün iştirakçılar seçki məntəqəsinə olub və məntəqə üzvlərinin iştirakı ilə səsvermədə iştirak etiblər. Qeyd edək ki, "Seçkilərə ilk namizədlər və seçicilər” layihəsi çərçivəsində növbəti tədbirlər 10 və 11 dekabr tarixlərində Salyan rayonunda keçiriləcəkdir.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi