Ru
Bakı
USD
EUR
GBP
RUB

Satirik şair Mirhəsən Münsifin əsərləri nəşr olunub

news photo

19.06.2019 17:01 // Təhsil

XX əsrin əvvəllərində Bakı ədəbi mühitinin tanınmış qəzəlxanı və satirik şairi olmuş Mirhəsən Münsifin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda yeddi dəftər avtoqrafı saxlanılır.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, dəftərlərin birində “Tuti” adı altında 100-dən çox şeir var. Mirhəsən Münsifin bu şeirləri 1914-cü ilin sonlarında Bakıda nəşrə başlayan “Tuti” satirik məcmuəsində 1915-1917-ci illər ərzində mütəmadi çap olunub. Şair öz əsərlərini “Münsif”, “Məxfi”, “Qəmiş”, “Sırtıq” və “Əfi” imzaları ilə nəşr etdirib.

Kitabı nəşrə hazırlayan və “Ön söz”ün müəllifi Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyaldır. Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Qutiyera Cəfərovadır.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi