Ru
Bakı
USD
EUR
GBP
RUB

Sara Qədimovanın xatirə gecəsi keçiriləcək

news photo

18.10.2019 10:16 // Cəmiyyət

Oktyabrın 19-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq artisti Sara Qədimovanın xatirə gecəsi keçiriləcək.

Azərbaycan klassik muğam, xalq və bəstəkar mahnıları ifaçılığı sahəsində öz dəst-xətti, özünəməxsus ifa tərzi ilə seçilən Sara Qədimova Üzeyir Hacıbəyovun xeyir-duası ilə səhnəyə gəlib. Üzeyir bəyin tapıntısı olan Sara xanım Qurban Pirimov, Zülfü Adıgözəlov, Əhməd Bakıxanov, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski kimi ustad sənətkarlardan dərs alıb.

Sara xanım Şərqdə muğam dəstgahlarını tamam-kamal ifa edən ilk qadın xanəndədir. "Şur dəstgahı", "Mahur-hindi", "Bayatı-Şiraz", "Rast", "Segah", "Xari segah" "Qatar", "Şahnaz" kimi çətin və mürəkkəb muğamları məharətlə oxumuş, sənət meydanında öz sözünü deyib. Bu muğamlar lentə alınaraq Dövlət Teleradio Verilişləri Şirkətinin qızıl fondunda qorunur.

Bu qiymətli sənət inciləri milli mədəniyyətimizin parlaq nümunələri kimi daim yaşayacaqdır.Tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından səhifələr vərəqlənəcək, görkəmli xanəndələr Sara Qədimovanın repertuarından əsərlər ifa edəcəklər.

Konsertə giriş sərbəstdir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi