Ru
Bakı
USD
EUR
GBP
RUB

“Samsung” şirkəti 2 yeni smartfonunu təqdim edib

news photo

19.09.2018 16:16 // High-tech

“Samsung” şirkəti ucuz “Galaxy J” seriyasına aid 2 yeni smartfonunu təqdim edib. “Galaxy J4+” və “J6+” adlı modellər 720x1480 piksel təsvir ölçülü 6 düymlük displey, 3300 milliamper/saat tutumlu akkumulyator və 4 nüvəli prosessorla təchiz edilib.

Youthportal.az "ferra.ru” resursuna istinadla xəbər verir ki, “Galaxy J6+” smartfonu 3/4 giqabaytlıq əməli yaddaş, 32 və ya 64 giqabaytlıq daxili fləş yaddaşa malik versiyalarda, “Galaxy J4+” aparatı isə 2+16 giqabayt və ya 3+32 giqabaytlıq versiyalarda əlçatandır.

“Galaxy J6+” smartfonunun kənar tərəfində barmaq izləri skaneri quraşdırılıb, 13+5 meqapiksellik ikiqat əsas kamera ilə təchiz edilib. Qara, gümüşü və qırmızı rəngli korpuslarda əlçatandır. “Galaxy J4+” aparatında barmaq izləri skaneri mövcud deyil, 13 meqapiksellik əsas kamera və 5 meqapiksellik ön kamera ilə təchiz edilib. Qara, qızılı və qırmızı rəngli korpuslarda əlçatandır. “NFC” texnologiyasının dəstəklənməsi regiondan asılıdır.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi