Ru
Bakı
USD
EUR
GBP
RUB

Samsung Galaxy Note 10 ən böyük ekranlı smartfon olacaq

news photo

14.11.2018 16:22 // High-tech

Buraxılışı hazırlanan “Samsung Galaxy Note 10” “Samsung” şirkətinin tarixində ən böyük smartfon ola bilər. Bu barədə sahə üzrə ixtisaslaşan “iGeekPhone” resursu Cənubi Koreya mənbələrinə istinadən məlumat verib.

Youthportal.az Elektron Xəbər Xidməti yerli KİV-lərə  istinadən yazır ki, ilkin məlumatlara görə, “DaVinci” kod adlı “Samsung Galaxy Note 10” smartfonu əvvəlki modellərlə müqayisədə daha böyük ekranla təchiz ediləcək. Diaqonalı 6,66 düym təşkil edəcək ekranın ölçüsünün “iPhone XS Max” modelinin displeyindən böyük olacağı gözlənilir.Bundan başqa, smartfonun qabaqcıl “Snapdragon 8150” prosessoruna malik olacağı bildirilir. Bu 7 nanometrlik texnoloji proses üzrə hazırlanan çip “Qualcomm” şirkəti tərəfindən, hələ ki, rəsmən təqdim edilməyib. Smartfonun ən ucuz versiyasının qiyməti 1077 dollar səviyyəsində müəyyənləşdiriləcək.“Samsung Galaxy Note 10” smartfonunun rəsmi təqdimatı 2019-cu ilin payızına planlaşdırılır.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi