Ru
Bakı
USD
EUR
GBP
RUB

Salyanda “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti mərhələsi keçirildi.

news photo

18.03.2019 11:00 // Cəmiyyət

15 mart 2019-cu il tarixdə Salyan rayonunda yerləşən “Murad” Əlillər İctimai Birliyinin inzibati binasında Azərbaycan Respublikasının Gənclər Fondunun XI Qrant müsabiqəsi çərçivəsində qalib olan Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti mərhələsi keçirildi.

Youthportal.az xəbər verir ki, tədbirdə iştirak edən Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin sədri Sahil Hüseynzadə, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Hüseynli və “Murad” Əlillər İctimai Birliyinin sədri Rəsmiyyə Səmədova çıxışlarında dövlət tərəfindən əhalinin sosial müdafiəsi sahəsində görülən işləri vurğulayaraq, fiziki məhdudiyyətli gənclərin peşə reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası sahəsində layihənin böyük önəm kəsb etdiyini diqqətə çatdırdılar. 

Çıxışlardan sonra fiziki məhdudiyyətli gənclərin hazırladıqları əl işlərinə baxış keçirildi, rəqs nömrələrinə tamaşa edildi. Tədbir çərçivəsində daha uğurlu əl işləri ilə seçilən və fəal iştirak edən gənclər sertifikatlarla təltif olundular. 

Sonra tədbir səmimi ortamda çay süfrəsi ətrafında davam etdirildi. Keçirilən tədbir sağlamlıq durumundan asılı olmayaraq hər bir insanın cəmiyyətin bir üzvü olduğunu, birlikdə bir vəhdət təşkil etdiyini göstərdi.  

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 18 dəfə pozuldu

Sabah Bakıda güclü külək əsəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi