Ru
Bakı
USD
EUR
GBP
RUB

Salyanda peşə və ixtisas seçimi ilə əlaqədar dəyirmi masa keçirilib

news photo

08.02.2019 11:03 // Cəmiyyət

Salyan rayon 2 nömrəli tam orta məktəbin kitabxanasında yeniyetmə və gənclərin peşəyönümlü işinin gücləndirilməsi məqsədi ilə onların əmək bazarlarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması mövzusunda dəyirmi masa keçirilib.

Youthportal.az xəbər verir ki, Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan tədbirdə idarənin rəis müavini dəyirmi masanın əhəmiyyətindən söz açıb.

Deyib ki, peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir.

“Düzgün peşə seçmiş insanın yaradıcılığa meyili güclənir və öz peşəsinin mütəxəssisinə çevrilir. Gənclərə peşə seçimi ilə bağlı istiqamət vermək, yollar göstərmək, nümunələr təqdim etmək, onları əmək bazarlarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırmaq günümüzün aktual mövzularındandır”, - deyə A. Qasımov bildirib.

Salyan rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi Ramil Əzizov qeyd edib ki, peşə və ixtisas insanın öz həyatını davam etdirməsi, həyatda yerini tuta bilməsi, ailəsini maddi və mənəvi cəhətdən təmin edə bilməsi, habelə arzu və istəklərini reallaşdırması və cəmiyyət daxilində özünü ifadə edə bilməsi üçün zəruri bir vasitədir.

Salyan Peşə Liseyinin ixtisas fənn müəllimi Məmmədəli Nəcəfov vurğulayıb ki, hər bir peşə və ixtisasın özünəməxsus əmək sahələri, bu sahələrin də hər birinin özünəməxsus fəaliyyət növləri, əməyin məzmunu və xarakteri var. Gənclərin peşə və ixtisaslarını düzgün seçmələri istiqamətində ailənin və müəllimlərin üzərinə ağır öhdəliklər düşür.

Digər xəbərlər

Xəbər lenti

Zoologiya İnstitutu vakansiya elan edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi