Ru
Bakı
USD
EUR
GBP
RUB

Salyan rayonunda VKF karate idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir

news photo

29.12.2017 18:17 // İdman

28 dekabr 2017-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon Qaraçala qəsəbə tam orta məkəbin idman zalında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə uşaq, yeniyetmə, gənclər və böyüklər arasında VKF karate idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir. İlk öncə Salyan rayon Youthportal. az xəbər verir ki, Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yarış iştirakçılarını salamlayaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik etdi. Yarışın keçirilməsində əsas məqsəd karate idman növünün kütləviliyinə nail olmaq, perspektivli idmançıları aşkar etməkdən ibarət olduğunu bildirərək qeyd etdi ki, Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir.

İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biridir.

Daha sonra dövlət himni səsləndirildi və birinciliyə start verildi. VKF karate idman növü üzrə açıq rayon birinciliyinin sonunda ümumi komanda hesabında aşağıdakı nəticələr qeydə alındı :

III yer Beyləqan komandası

II yer Bakı Samuray komandası

I yer Salyan komandası

Yarışın sonunda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar ilə təltif edildilər.

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi