Ru
Bakı
USD
EUR
GBP
RUB

Salyan rayonunda “Silinməz acı xatirələr” adlı inşa müsabiqəsi keçirilmişdir

news photo

15.01.2018 19:53 // Cəmiyyət

08-15 yanvar 2018 –ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon Ə. Kürçaylı adına 7 saylı məktəb-liseydə 20 Yanvar faciəsi gününə həsr edilmiş rayon ümumtəhsil məktəbləri arasında “Silinməz acı xatirələr” adlı inşa müsabiqəsi keçirilmişdir. İlk öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov tədbir iştirakçılarını salamlayaraq müsabiqənin keçirilmə məqsədlərindən danışdı. Bildirdi ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan 20 Yanvar qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən Ümummilli Liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir”.

<br />

İnşa müsabiqəsində yazılmış əlyazmalar münsiflər heyəti tərəfindən yoxlanıldıqdan sonra 15 yanvar 2017-ci il tarixində rayon Təhsil şöbəsinin akt zalında müsabiqəyə yekun vuruldu.

<br />

Qaliblər və müsabiqənin fərqlənmiş iştirakçıları Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr ilə təltif edildilər.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Moskvada rekord isti qeydə alınıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi