Ru
Bakı
USD
EUR
GBP
RUB

SALTO rəhbəri “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin qonağı oldu

news photo

10.10.2017 15:56 // İdman

09 oktyabr 2017-ci il tarixdə Avropa Birliyi Gənclər Proqramının Şərqi Avropa və Qafqaz Ölkələri üzrə Resurs Mərkəzinin (SALTO) rəhbəri Andriy Pavlovych dövlət gənclər siyasətinin Binəqədi rayonunda icrası istiqamətində görülən işlərlə tanış olmaq məqsədilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin qonağı olmuşdur.

<br />

Youthportal.az Gənclər və İdman Nazirliyi istinadla xəbər verir ki, görüşdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Sənan Əliyev qonağı Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış etmiş, burada keçirilən tədbirlər, həyata keçirilən sosial layihələr haqqında ətraflı məlumat vermişlər.

<br />

Eyni zamanda Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Avropa Birliyinin Erasmus+ proqramının Binəqədi informasiya mərkəzinin yaradılması, Avropa Könüllülük Xidmətində gənclərin iştirakı, beynəlxalq mübadilə proqramlarının və təlim kurslarının təşkili, keçirilməsi, gənclərlə işləyən mütəxəssislərin Avropa ölkələrində müvafiq sahə üzrə fəaliyyət göstərən mərkəzlərdə təcrübəyə göndərilməsi məsələləri müzakirə edilmişdir.

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi