Ru
Bakı
USD
EUR
GBP
RUB

Sahil Bağında Baku Food Fest-in yubiley sezonu açılır

news photo

12.06.2019 14:49 // Cəmiyyət

Günəşli paytaxtımızda daha bir, beşinci və yubiley parlaq yemək bayramı baş tutacaq – Baku Food Fest. Bu dəfə tədbir 24 gün davam edəcək, 13 İyun – 7 iyul tarixlərində, bakılıların ən sevdiyi məkanlarından biri – Sahil Bağında təşkil olunacaq. Sabah saat 13:00-dan şəhər sakinləri və qonaqlar buranı ziyarət edə bilərlər.

Youthportal.az Trend-ə istinadla xəbər verir ki, festival hər zamanki kimi, yemək və içkilərin müxtəlifliyindən əlavə, həmdə maraqlı əyləncəvi proqram ilə gələn qonaqları sevindirəcək. Bu dəfə festivalın əsas partnyorlarından biri Soliton təqdim edəcək açıq mətbəxində hər gün Bakının tanınmış simalarını sizlərlə görüşdürəcək, və onlara qulaq asmaqdan əlavə, sevdikləri yeməklərin hazırlanması prosesini izləmək imkanını yaradacaq.

Bundan əlavə, festivalda ilk dəfə EURO 2020 layihəsinin təqdimatı baş tutacaq, və Baku Food Fest ərazisində futbol simulyasiyalı unikal stend, tədbirə biletlərin satışı haqqında nöqtələr yerləşdirələcək.

Həmçinin, Moskvanın ən tanınmış restoran şəbəkəsi olan Novikov Group Baku Food Fest-də ilk dəfə 2 unikal stendi Caspar cafe və Syrovarnya ilk dəfə təqdim edəcək. Bu qeryri-adi foto stendlərdə yadda qalan şəkillər etməkdən əlavə, "dadlı" prizləri qazanmaq imkanını da yaradacaq!

Hər zaman olduğu kimi, gələn qonaqları rəngarəng musiqili proqram, və qızmar şəhərin daxilində əsl çimərlik əhval-ruhiyyəsi hiss olunacaq! Tədbirin təşkilatçısı Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Reklam Agentliyi, ASAN Radio və Soliton, Danone, Procter & Gamble, Berg, Azersun və Novikov Group kimi müstəqil brendlərin dəstəyi ilə, Meal for Real şirkətidir.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi