Ru
Bakı
USD
EUR
GBP
RUB

Sahibkarlar tələbələrə iş təklif ediblər (FOTO)

news photo

02.12.2019 15:56 // Təhsil

Azərbaycan Texniki Universitetində (AzTU) orta və kiçik biznes sahibkarları öz ətrafında birləşdirən “WE Club" işgüzarlar klubunun təşkilatçılığı ilə magistrant və doktorantlarla sahibkarların görüşü keçirilib.

AzTU-dan Youthportal.az-a bildirilib ki, görüşdə prorektor Xalıq Yahudov universitetin fakültələri və ixtisasları barədə məlumat verib.

“WE Club”un fəxri üzvü, Milli Məclisin deputatı Rüfət Quliyev bu görüşlərin artıq silsilə xarakter aldığını bildirib. O qeyd edib ki, "WE Club”un himayəsi ilə görüşlərin keçirilməsində məqsəd elmin istehsalatla əlaqəsini genişləndirmək və tələbələri öz sahələri üzrə işlə təmin etməkdir.

Tədbirdə çıxış edən sahibkarlar AzTU-nun magistr və doktorantlarına müəssisələrində təcrübə keçmələrini təklif ediblər və müvəffəqiyyət qazananların işlə təmin olunacağını bildiriblər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi