Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sağlam Yaşam” adlı layihənin bağlanış mərasimi keçirilmişdir

news photo

15.02.2019 11:44 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin təşkilati dəstəyi ilə Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qalib olan, YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin fəalı Aslan Aslanovun «Sağlam Yaşam» adlı layihəsinin yarış günü və bağlanış mərasimi keçirilmişdir.

Youthportal.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aslan Aslanov Azərbaycan Respublikasının Gənclər Fonduna, gənclərə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmiş, layihə çərçivəsində keçirilən tədbirlərin əsas məqsəd və hədəflərindən söz açmışdır. Sonra iştirakçılar komandalara bölünərək, futbol hakiminin müşahidəsi ilə oyuna başlamışdır. Yarışda məktəblilər iştirak etmiş, qalib komandalar kuboklarla mükafatlandırılmış və hər bir məktəbli layihədə iştirak etdiyi üçün sertifikatlarla təltif edilmişdir.

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi