Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sağlam yaşa” sağlam həyat tərzi kompaniyası başa çatıb (FOTO)

news photo

26.12.2016 17:45 // Cəmiyyət

23 dekabr 2016-ci il tarixində Sumqayt Gənclər Evində "Sağlam Düşüncə" Gənclər Təşkilatının Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Sağlam Yaşa!” Sağlam həyat tərzi kampaniyasınına yekun vuruldu. Sumqayıt Gənclər evində təşkil edilən yekun tədbirdə layihənin yekunları təqdim edildi, “Sumqayıt Məktəblilərarası Debat Natiqlik Turniri | Payız 2016”-ın final oyunu təşkil edildi və layihə iştirakçılarının mükafatlandırılma mərasimi keçirildi.

Layihənin əsas məqsədi Sumqayıt şəhərində yeniyetmə və gənclər arasında Sağlam həyat tərzinin təbliği istiqamətində kampaniya təşkil etmək, Onların sağlam qidalanma, zərərli vərdişlərin və qeyri-sağlam həyat tərzinin fəsadları haqqında məlumatlandırmaqdı. Layihə çərçivəsində həmyaşıddan-həmyaşıda metodundan istifadə edilərək yeniyetmə və gənclər üçün təlimlər, seminarlar və debatlar təşkil edilib. İlk olaraq Sumqayıt şəhərlərindən 25 nəfər gənc cəlb olunaraq Quba rayonunda noyabr ayında 2 günlük “Təlimçilər üçün Təlim” proqramı həyata təşkil edilmişdir. Təlim müddətində gənclərə zərərli vərdişlərin insana və cəmiyyətə təsiri, sağlam qida və sağlam həyat tərzinin üstünlükləri və həyatımızdakı rolu haqqında təlim proqramı, həmçinin gənc təlimçilərə auditoriya ilə iş və təlimçilik baçarıqları ilə əlaqəda təlim təşkil ediləcək. İkinci mərhələdə gənc təlimçilər tərəfindən noyabr-dekabr ayı ərzində Sumqayıt şəhərinin orta təhsil müəssisələrində seminarlar və məlumat sessiyaları təşkil edilib.

17-18 Dekabr 2016-cı il tarixlərində “Sağlam Yaşa” layihəsinin üçüncü mərhələsi olaraq Sumqayıt şəhərində məktəblər arası Debat Natiqlik turniri təşkil edilib. turnirdə iştirak edən 100-ə yaxın məktəbli “Sağlam həyat tərzini təmin etmək üçün zərərverici ərzaqların reklamına qadağa qoyulmalıdır” mövzusu müzakirə ediblər. Turnir Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin ev sahibliyi ilə maraqlı, rəngarəng, gərgin keçən debatlar baş tutmuşdur.

Əlaqə:

“Sağlam Düşüncə” Gənclər Təşkilatı

0503217290

info@csyo-az.org

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi