Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sağlam nəsil-sağlam gələcək!” devizi altında narkomaniyaya qarşı mübarizə maarifləndirmə işlərinin aparılması layihəsi davam edir (FOTO)

news photo

11.10.2019 16:46 // Gənclər üçün

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi “Sağlam nəsil-sağlam gələcək!” devizi altında narkomaniyaya qarşı mübarizə sahəsində geniş maarifləndirmə işlərinin aparılması layihəsini davam etdirir.

İctimai Birlikdən Youthportal.az-a bildirilib ki, bununla bağlı növbəti maarifləndirmə tədbiri 11 oktyabr 2019-cu il tarixdə baş tutdu. Tədbirdə 50 nəfər gənc iştirak etdi.

Tədbir dəvət olunmuş qonaqların layihə barədə ətraflı məlumatı ilə başladı. Çıxış edən qonaqlar qeyd etdi ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, vaxtında özlərini qorumağı bacararlar. Bu problemin həllində əsas addımlardan birinin yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirmək olduğu vurğulanıb.

Daha sonra təlimçilərin iştirakı ilə gəncləri maraqlandıran mövzularda məlumatlandırma və müzakirələr oldu. Narkomaniya bəlasından xilas olmanın yolları mövzusunda gənclərlə qruplarda praktiki sorğular və təqdimatlar təşkil edildi. Sonda gənclərin iştirakı ilə "Narkotiklərə yox deyək" mövzusunda fləşmob təşkil edildi.

 

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi