Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər yekunlaşıb (FOTO)

news photo

05.12.2019 12:26 // Təhsil

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə keçirilən təlimlər başa çatıb.

Təhsil Nazirliyindən Youthportal.az-a bildiriblər ki, iqlim dəyişmələri, ekosistem xidmətləri və su-sanitariya-gigiyena mövzuları üzrə bir ay ərzində davam etdirilən təlimlərdə Bakı və Sumqayıt şəhərlərindən “Sağlam təhsil – sağlam millət” layihəsinə cəlb olunmuş 170 ibtidai sinif müəllimi iştirak edib. Keçirilmiş təlimlərin qiymətləndirilməsi məqsədilə iştirakçılar təlimdən əvvəl və sonra müvafiq mövzular üzrə hazırlanmış test suallarını cavablandırıblar. Qiymətləndirmə nəticələrinə əsasən, təlimdən əvvəl iştirakçılar tərəfindən verilmiş doğru cavabların təqribi faiz nisbəti 47, təlimin sonunda verilmiş doğru cavabların təqribi faiz nisbəti isə 76 təşkil edib.

Layihə 2016-2020-ci illər üçün Azərbaycan hökuməti və UNISEF arasında imzalanmış əməkdaşlıq proqramı çərçivəsində keçirilir. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sağlam təhsil – sağlam millət” layihəsinə cəlb olunmuş pedaqoji heyət və şagirdlərin dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığının artırılması, onlarda ekoloji düşüncə tərzinin formalaşdırılmasıdır.

Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması üçün növbəti mərhələlərdə məktəblilər üçün maarifləndirici animasiya filmlərinin hazırlanması, təlimlərdən keçmiş sağlam təhsil sinif müəllimləri tərəfindən “Həyat bilgisi” fənni üzrə Bakı şəhərində yerləşən 37 məktəbdə “Açıq dərslər”in, sağlam təhsil sinif şagirdləri arasında “Kim? Harada? Necə?” formatında intellektual oyun və valideynlər üçün maarifləndirmə seminarlarının təşkili nəzərdə tutulub.

Layihə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilati dəstəyi ilə reallaşdırılır.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi