Ru
Bakı
USD
EUR
GBP
RUB

“Sağlam məktəbli” layihəsində 10 minə yaxın məktəbli iştirak edib (FOTO)

news photo

11.06.2019 11:40 // Gənclər üçün

Qida Təhlükəsizliyi Agentliyinin cari tədris ilində məktəblilərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi “Sağlam məktəbli” layihəsinə yekun vurulub.

Agentliyin innovasiya və innovativ həllər şöbəsindən Youthportal.az-a verilən məlumata görə, layihə çərçivəsində ölkəmizin 54 bölgəsində 91 ümumtəhsil müəssisəsində məktəblilərlə keçirilən görüşlərdə agentlik və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 87 əməkdaşı qida təhlükəsizliyinə dair 61 mövzuda təqdimatla çıxış ediblər.

Təqdimatlarda məktəblilərin xüsusi maraq dairəsinə daxil olan enerji içkilərinin ziyanlı təsiri, ilkin qida təhlükəsizliyi vərdişləri, gündəlik qida rasionun təşkili, süd və süd məhsullarının faydaları, məktəblinin sağlam qidalanması, qida zəhərlənmələri zamanı ilkin profilaktik tədbirlər, qida məhsullarının etiket məlumatları, plastik torbaların qida məhsullarına təsiri, mal qonşuluğu və s. kimi mövzulara toxunulub. Bundan başqa maarifləndirici videoçarxlar və materiallar şagirdlərə təqdim olunub, onların qida təhlükəsizliyi sahəsindəki sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Layihədə ümumilikdə 10 minə yaxın müəllim və şagird iştirak edib.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. 2019-2020-ci tədris ilində layihənin respublikanın bütün bölgələrini əhatə edərək keçirilməsi nəzərdə tutulub.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi